Azərbaycanın tanınmış güləşçisi karyerasını başa vurub

Azərbaycanın tanınmış sərbəst güləşçisi Hacı Əliyev peşəkar idmançı karyerasını başa vurub.

QİA.az AZƏRTAC-a istinadən xəbər verir ki, 34 yaşlı idmançı bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib.

Titullu güləşçimiz “Bu da son” yazaraq idmanla vidalaşdığını açıqlayıb.

Qeyd edək ki, Hacı Əliyev Olimpiya Oyunlarının gümüş və bürünc mükafatçısı, üçqat dünya və dördqat Avropa çempionudur.

Oxşar Xəbərlər