Azərbaycanın Türkiyədən idxalı 14 %-dən çox artıb

Yan6,2021

2020-ci ildə Türkiyədən Azərbaycana 1,854 milyard ABŞ dolları dəyərində məhsul ixrac olunub.

“QİA.AZ” Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu, 2019-cu illə müqayisədə 14,2 % çoxdur.

Ötən il Azərbaycana ən çox Türkiyənin İstanbul, Ankara və İzmir şəhərlərindən məhsul idxal edilib. Müvafiq olaraq 1,056 milyard ABŞ dolları, 217 milyon ABŞ dolları və 79 milyon ABŞ dolları. Bunlar illik müqayisədə müvafiq olaraq 18,2 %, 11,7 % və 20,4 % çoxdur.

Türkiyənin şəhərləri arasında Sırt və Muşdan ötən il Azərbaycana ixrac olmayıb. Bingöl və Gümüşhane şəhərləri isə 21,4 min ABŞ dolları və 32,4 min ABŞ dolları məbləğində göstəricilərlə ən aşağı pillələrdə qərarlaşıb.

Azərbaycan ötən il Türkiyədən ən çox kimya məhsulları (400,5 milyon dollarlıq, 24,4 % çox), müdafiə və aviasiya sənayesi məhsulları (260,8 milyon dollarlıq, 2,9 dəfə çox), elektronika məhsulları (170 milyon dollarlıq, 0,6 % az) alıb.

Oxşar Xəbərlər