Azərbaycanın U-21 millisi Bakıda İngiltərəyə böyük hesabla məğlub olub

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

QİA.Az Oxu.Aza istinadən xəbər verir ki, F qrupunda yer alan yığma liderlər qrupunda qərarlaşan İngiltərə ilə qarşılaşıb.

“Qarabağ Arena”da baş tutan qarşılaşmadan qonaq komanda böyük hesabla qalib ayrılıb. İngiltərə yığmasının beş qoluna Samir Əliyevin yetirmələri son dəqiqələrdə vurduqları təsəlli topu ilə qarşılıq verə biliblər.

Bununla ingilislər xallarının sayını 15-ə yüksəldiblər. Azərbaycan millisi isə 3 xalda qalıb.

Qeyd edək ki, U-21 millimiz martın 26-da eyni məkanda qrupun lideri Ukraynanı qəbul edəcək.

Avropa çempionatının seçmə mərhələsi

F qrupu

22 mart

Azərbaycan – İngiltərə 1:5

Qollar: Ramin Nəsirli, 83 – Harvi Elliot, 25;67, Noni Madueke, 29, Jayden Filoyen, 53, Arçi Qrey, 88.

Baş hakim: Antoni Bandiç (Bosniya və Herseqovina).

Bakı, “Qarabağ Arena”.

Oxşar Xəbərlər