Azərbaycanın UEFA reytinqindəki mövqeyi dəyişməyib

Avq4,2021

Avrokuboklarda III təsnifat mərhələsinin ilk 10 oyunundan sonra UEFA reytinqi açıqlanıb.

Azərbaycan 13,750 xalla 29-cu sıradakı mövqeyini qoruyub.

Sloveniya (14,125) 28-ci, Polşa isə (13,500) 30-cu yerdədir. “Neftçi”nin Bakıda Finlandiya HİK-i ilə Avropa Liqasının III təsnifat mərhələsinin ilk matçında 2:2 hesablı heç-heçə etməsi ölkənin aktivinə daha 0,150 xal qazandırıb.

İndiyədək “ağ-qaralar” 0,650, “Qarabağ” 0,350, “Sumqayıt” isə 0,125 xal əldə edib. Bununla da cari mövsüm Azərbaycanın qazancı 1.125-ə çatıb. Bunlardan yalnız “gənclik şəhəri” təmsilçisi mübarizəni dayandırıb. Konfrans Liqasının II təsnifat mərhələsində Rusiya “Soçi”sinə hər iki görüşdə uduzan (0:3, 2:4) “Keşlə” reytinq xalı qazana bilməyib.

Siyahıya 87,926 xalla İngiltərə başçılıq edir. İspaniya (80,570) ikinci, İtaliya (63, 473) üçüncüdür.

Qeyd edək ki, “Qarabağ” avqustun 5-də Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyunununda Kiprin AEL klubunun qonağı olacaq.

Oxşar Xəbərlər