Azərbaycanın valyuta ehtiyatları son 1 ildə cüzi artıb

Yan23,2021

Azərbaycanın valyuta ehtiyatları bu il yanvarın 1-nə 49 mlrd 933,7 mln ABŞ dolları təşkil edib.“QİA.AZ” xəbər verir ki, bunun 87,2 %-i və yaxud 43 mlrd 564,3 mln ABŞ dolları Dövlət Neft Fondunun (ARDNF), 12,8 %-i və yaxud 6 mlrd 369,4 mln ABŞ dolları isə Azərbaycan Mərkəzi Bankının (AMB) payına düşüb.

Ötən ilin IV rübündə ölkənin valyuta ehtiyatları 153,7 milyon ABŞ dolları və yaxud 0,3 % artıb. Belə ki, ARDNF-in valyuta ehtiyatlarında 275,7 milyon ABŞ dolları və yaxud 0,6 % çox, AMB-nin valyuta ehtiyatlarında isə 122 milyon ABŞ dolları və yaxud 1,9 % azalma olub.Son 1 ildə isə ölkənin valyuta ehtiyatları 352,4 milyon ABŞ dolları və yaxud 0,7 % artıb. İl ərzində ARDNF-nin valyuta ehtiyatları 241 milyon ABŞ dolları və yaxud 0,6 % çox, AMB-nin valyuta ehtiyatları isə 111,4 milyon ABŞ dolları və yaxud 1,8 % artım nümayiş etdirib.

Oxşar Xəbərlər