Azərbaycanın xarici işlər nazirinin qırğızıstanlı həmkarı ilə görüşüb

Apr9,2024

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Qırğız Respublikasının xarici işlər naziri Jeenbek Kulubayevi COP29 və münaqişədən sonrakı regional vəziyyət haqqında məlumatlandırıb.

QİA.az xəbər verir ki, bu barədə XİN başçısı “X”də yazıb.

“Rəsmi səfər çərçivəsində qardaş Qırğız Respublikasının xarici işlər naziri Jeenbek Kulubayev ilə görüşməkdən şadam. Görüş çərçivəsindən Azərbaycan-Qırğızıstan strateji tərəfdaşlığını daha da inkişaf etdirmək üçün qarşılıqlı əlaqələrin davam etdirilməsinin vacibliyi bir daha vurğulandı. COP29 və münaqişədən sonrakı regional vəziyyət haqqında məlumat verildi”,-məlumatda bildirilib.

Oxşar Xəbərlər