Azərbaycanın zəfəri bizim də zəfərimiz idi – Binəli Yıldırım

Noy5,2021

Ötən il bu zaman Azərbaycanda idik, o günlər Qarabağ zəfərinin son günləri idi. Bizim ziyarətimizdən 3 gün sonra Şuşanın azad edildiyini və Qarabağ savaşının zəfərlə başa çatdığını qürurla eşitdik. Azərbaycanın zəfəri bizim zəfərimiz idi. 84 milyon bacı-qardaş Türkiyədə Azərbaycanla birgə sevindi.

QİA.AZ-ın məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının təşkilatçılığı və “ABC CONTENT” MMC-nin maliyyə dəstəyi ilə keçirilən xalq rəssamı Sakit Məmmədovun 8 Noyabr-Zəfər Gününə həsr edilmiş “QARABAĞNAMƏ” əsərinin təqdimat mərasimində Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının sədr müavini Binəli Yıldırım deyib.

B.Yıldırım bildirib ki, bu zəfər asan olmadı: “Bu zəfərin arxasında 30 illik bir heykayə var. Ermənistanın Qarabağı işğal etməsi, 20 faiz ərazini zəbt etməsi və oradan bir milyondan artıq bacı-qardaşımızın məcburi köçkün düşməsi həmişə Azərbaycanın qanayan yarası idi. O 30 ilin üzüntüsünü birgə yaşadıq”.

B.Yıldırım əlavə edib ki, əgər BMT sözükeçən bir təşkilat olsaydı, bu işğalın 30 il davam etməsi mümkün olmazdı: “Qərar verilir, ancaq bu qərar həyata keçirilmir. BMT-nin qərarlarının yerinə yetirilmədiyini görən Azərbaycan, Prezident İlham Əliyev bu msələni həll etməyə qərar verdi. Şükürlər olsun ki, bu savaş Zəfərlə başa çatdı. Qardaşlarımızın Zəfəri üçün bir ürək olduq, dualar etdik. Heydər Əliyevin “Bir millət, iki dövlət” anlayışı Qarabağ savaşı zamanında bir daha özünü aydın büruzə verdi. Bütün şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyirik”.

Oxşar Xəbərlər