Qarabağla bağlı həll olunmalı məsələlər var. Atəşkəs imzalanıb, amma sülh müqaviləsi əldə olunmayıb. Ermənistan kasıb bir ölkədir və iqtisadiyyatı sülh müqaviləsindən faydalana bilər.
QİA.AZ-ın məlumatına görə, bu barədə Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın Haber Global-a müsahibəsində deyib.
İ.Kalın bildirib: “Sülh müqaviləsi bütün bölgəyə sülh gətirəcək. Bu həqiqətən yaxşı bir yanaşmadır. Prezident İlham Əliyev də bir neçə bəyanatlar verib. Bu sülh müqaviləsi ən qısa zamanda imzalanarsa və mina xəritələri kimi texniki məsələlər həll olunarsa, proses daha da sürətlənər”.
Mətbuat katibi qeyd edib ki, imzalanan atəşkəs razılaşmasının olduğunu, ancaq sülh müqaviləsinin olmadığını qeyd edib:
“Bu müqavilə Ermənistana da fayda gətirəcək. Ermənilərlə heç bir problemimiz yoxdur. Bu müharibə bitməli idi və belə də oldu”.