Azərbaycanla “GoogleForEdu” şirkətinin təhsil sahəsində əməkdaşlığı müzakirə olunub

Azərbaycanla “GoogleForEdu” şirkətinin təhsil sahəsində əməkdaşlıq imkanları müzakirə olunub.

QİA.az məlumat verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev “X”dəki hesabında yazıb.

“Dünya Təhsil Forumu çərçivəsində “GoogleForEdu” şirkətinin dövlət və təhsil strategiyaları üzrə rəhbəri Kris Hartla görüşdük. Görüş zamanı şirkətin təqdim etdiyi təhsil texnologiyaları ilə bağlı əməkdaşlıq imkanlarını müzakirə etdik”, – nazir qeyd edib.

Oxşar Xəbərlər