Bu günə qədər Azərbaycanla əməkdaşlıq üçün qoyulan investiya 13.2 milyard dollardır.
“QİA.AZ“ın məlumatına görə, bunu Azərbaycan – Türkiyə 1-ci Enerji Forumunda çıxışı zamanı TPAO-nun baş direktoru Melih Han Bilgin deyib.
O qeyd edib ki, bu yalnız işlə bağlı əməkdaşlıq göstəricisi yox, Azərbaycana olan inamın, güvənin ölkələrimiz arasında olan bağların göstəricisidir.
“Bundan sonra da Azərbaycanla olan əməkdaşlığa investisiya qoymağa davam edəcəyik”, – deyə o bildirib.