Azərbaycanla olan əməkdaşlığa investisiya qoymağa davam edəcəyik – TPAO-nun baş direktoru

Dek22,2021

Bu günə qədər Azərbaycanla əməkdaşlıq üçün qoyulan investiya 13.2 milyard dollardır.

QİA.AZ“ın məlumatına görə, bunu Azərbaycan – Türkiyə 1-ci Enerji Forumunda çıxışı zamanı TPAO-nun baş direktoru Melih Han Bilgin deyib.

O qeyd edib ki, bu yalnız işlə bağlı əməkdaşlıq göstəricisi yox, Azərbaycana olan inamın, güvənin ölkələrimiz arasında olan bağların göstəricisidir.

“Bundan sonra da Azərbaycanla olan əməkdaşlığa investisiya qoymağa davam edəcəyik”, – deyə o bildirib.

Oxşar Xəbərlər