Azərbaycanla Özbəkistan arasında sosial sahədə əməkdaşlıq məsələləri müzakirə edilib

Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və Özbəkistanın məşğulluq və yoxsulluğun azaldılması naziri Bexzod Musayev onlayn görüş zamanı sosial sahədə əməkdaşlıq məsələlərini müzakirə ediblər.

QİA.az xəbər verir ki , “NAXÇIVANXƏBƏRLƏRİ” bu barədə Özbəkistan KİV-ə istinadən xəbər verir.

Bildirilib ki, “Özbəkistan və Azərbaycan ərazisində müvəqqəti olan iki ölkə vətəndaşlarının hüquqlarının müdafiəsi haqqında” hökumətlərarası saziş layihəsi görüşdə əsas müzakirə mövzusu olub.

“Nazirlər əmək müfəttişliyi, əmək müqavilələrinin elektron platforması və elektron audit məsələləri daxil olmaqla praktiki əməkdaşlığın və təcrübə mübadiləsinin əsas istiqamətlərini müəyyən ediblər. Bundan başqa, Özbəkistanın Məşğulluq və Yoxsulluğun Azaldılması Nazirliyinin monomərkəzləri ilə Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində fəaliyyət göstərən peşə təhsili mərkəzləri arasında əməkdaşlığın genişləndirilməsi perspektivləri, habelə risk analizi sistemi vasitəsilə əmək qanunvericiliyinin pozulması hallarının müəyyən edilməsi sahəsində təcrübə mübadiləsinin aparılması müzakirə edilib.

Özbəkistanda Azərbaycanın DOST və “Əmək və Məşğulluq” (ƏMAS) elektron sistemlərinin, eləcə də əmək arbitrajı təcrübəsinin tətbiqi imkanlarına xüsusi diqqət yetirilib”, – məlumatda qeyd olunub.

Oxşar Xəbərlər