Azərbaycanlı futbolçu Türkiyə klubu ilə müqavilə imzalayıb

İyn3,2021

“Keşlə”dən ayrılan Azərbaycanlı futbolçu Vüsal İsgəndərli karyerasını Türkiyədə davam etdirəcək.

26 yaşlı yarımmüdafiəçi “QİA.az”a açıqlamasında “Keçiörengücü” klubu ilə müqavilə imzaladığını bildirib.

O, Ankara təmsilçisi ilə sözləşmənin 3 illik olduğunu deyib. İsgəndərli iyunun sonlarında yeni komandası ilə məşqlərə başlayacağını söyləyib: “Rəsmi müqavilə imzalamışam. Klubun forması və sponsoru dəyişilir. Bu səbəbdən mənim keçidimi hələ ki, açıqlamırlar. İyunun 26-da komanda ilə məşqlərə start verəcəyəm. Həmin vaxt transferim rəsmən açıqlanacaq”.

Qeyd edək ki, Vüsal İsgəndərli 2019-cu ildən “Keşlə”də çıxış edib. Yarımmüdafiəçi 3 dəfə Azərbaycan millisinin də formasını geyinib. “Keçiörengücü” TFF 1-ci liqasında çıxış edir.

Oxşar Xəbərlər