Azərbaycan Vəkillər Kollegiyasının üzvü Aygün Əliyeva Türkiyə Barolar Birliyinə üzv seçilib.
“QİA.AZ” xəbər verir ki, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov bildirib.
“Vəkil Aygün Əliyeva Türkiyə Barolar Birliyinə üzv olan ilk vəkilimizdir. O, hazırda hər iki qardaş ölkədə vəkil statusuna malik olan yeganə hüquqşünasdır.
Türkiyəmizin ilk qadın vəkili olan Şuşa doğumlu həmyerlimiz böyük Sürəyya Ağaoğlunun işinin layiqli davamçısı məhz xanım vəkilimizin olması çox rəmzidir”, o vurğulayıb.