Azərbaycanlı zəvvarlar Həcc ziyarəti üçün yola çıxıb

İyn17,2023

Azərbaycandan Həcc ziyarəti üçün Səudiyyə Ərəbistanına gedəcək zəvvarların ilk qrupu bu gün yola salınıb.

QİA.az xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsi (QMİ) məlumat yayıb.

Bildirilib ki, sonuncu zəvvar qrupu iyunun 22-də gedəcək.

Qeyd edək ki, bu il Azərbaycandan Həcc ziyarətinə 1 440 azərbaycanlı zəvvar gedəcək. 

 Bir nəfərlik ziyarət paketinin qiyməti 5750 ABŞ dollarıdır.

Qeyd edək ki, bu il Həcc ziyarətində 2,6 milyon zəvvar iştirak edəcək.

Zəvvarların Həcc ziyarəti iyunun 26-dan başlanacaq.

Oxşar Xəbərlər