İsveçrənin Cenevrə şəhərində Dağlıq Qarabağ ilə bağlı bilbordlar sərgilənib.
“QİA.AZ” xəbər verir ki, üzərində BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ ilə bağlı 4 qətnaməsini əks etdirən bilbordlar bütün şəhər boyu asılıb.
Məlumata görə, aksiyanın təşəbbüsçüsü İsveçrədə yaşayan əslən azərbaycanlı sahibkarlar və müxtəlif peşə sahibləridir.