“Azəriqaz” İstehsalat Birliyinin sədri vəzifəsindən azad edilib?

“Azəriqaz” İstehsalat Birliyinin sədri Ruslan Əliyevin vəzifəsindən azad edildiyi bildirilir. Məlumata görə, Ruslan Əliyevin səlahiyyətləri müavinlərindən birinə tapşırılıb.

QİA.Az xəbər verir ki, bu barədə Oxu.Az-ın sorğusunu cavablandıran Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Eldəniz Vəliyev isə məsələ ilə bağlı məlumatının olmadığını bildirib.

Oxşar Xəbərlər