“Azərişıq” ASC-nin əməkdaşı iş başında ölüb

İyl6,2021

Bakıda montyor iş başında ölüb.

QİA.AZ xəbər verir ki, hadisə Sabunçu rayonu, Yeni Ramana qəsəbəsində qeydə alınıb.

Məlumata görə, “Azərişıq” ASC-nin Sabunçu Rayon Enerji Təchizat və Satışı İdarəsinin əməkdaşı, 36 yaşlı Elçin İbadov işıq dirəyindən yıxılıb.

O, yerindəcə keçinib.

Faktla bağlı Sabunçu Rayon prokuroruluğunda araşdırma aparılır.

Oxşar Xəbərlər