“Azərişıq” ASC-yə məxsus transformatordan oğurluq edilib.
Bu barədə “QİA.AZ“a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsi və Zərdab Rayon Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində X.R.Ulutürk küçəsindəki “Azərişıq” ASC-yə məxsus transformatordan 10 ədəd rele və 20 kiloqram mis oğurlamaqda şübhəli bilinən Zərdab rayon sakini, əvvəllər məhkum olunmuş D.Kərimli müəyyən edilərək saxlanılıb.