“Azərişıq” auditor seçir

Noy17,2020
“Azərişıq” auditor seçir

“Azərişıq” ASC 2020-ci ilin yekunu üçün beynəlxalq maliyyə hesabatları standartlarına (BMHS) uyğun audit xidməti üçün açıq tender elan edib.

“QİA.AZ” xəbər verir ki, tenderdə iştirak haqqı 850 manatdır.

İddiaçılar ilkin sənədləri dekabrın 7-si, saat 16:00-a qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə dekabrın 15-i, saat 16:00-a qədər dövlət satınalmalarının vahid internet portalı vasitəsi ilə təqdim edə bilərlər. Telefon: (012)440-39-93 (daxili: 22-40).

Tenderin nəticəsi dekabrın 16-da, saat 16:00-da portalda açıqlanacaq.

Oxşar Xəbərlər