“Azərişıq” ASC-nin əməkdaşı ötən gün Laçında minaya düşüb.
QİA.AZ-ın məlumata görə, hadisə Laçın rayonunun Güləbird kəndində qeydə alınıb.
Biləsuvar rayon sakini, 1988-ci il təvəllüdlü Əbilov Mahir Ramiz oğlu xidməti vəzifəsini yerinə yetirən zaman piyada əleyhinə minaya düşüb.
Xəsarət alan şəxsin sağ ayağı amputasiya olunub.
Faktla bağlı araşdırma aparılır.