“Azərsu” ASC-nin əməkdaşı iş yerində intihar edib

Saatlı rayonunda intihar hadisəsi baş verib.

“QİA.az”ın xəbərinə görə, rayonun Yeni Novruzlu kəndi ərazisində 4 nömrəli Regional Sukanal İdarəsinə aid otaqda həmin idarənin əməkdaşı – 62 yaşlı Rzaxan Alışov intihar edib.

Faktla bağlı Saatlı Rayon Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, 4 nömrəli Regional Sukanal İdarəsi “Azərsu” ASC-nin strukturuna daxildir.

Oxşar Xəbərlər