“Azərsu” ASC-nin Aerasiya stansiyasında yanğın olub

Avq1,2021

Ötən gün sosial şəbəkələrdə Suraxanı rayonunda, Zığ sossesi yaxınlığında məişət tullantılarının yanması ilə bağlı məlumat yayılıb.

Suraxanı Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyindən  verilən məlumata görə, yanğın Suraxanı rayonunda, “Azərsu” ASC-nə məxsus Aerasiya stansiyasının boş ərazisində baş verib və bu zaman məişət tullantıları deyil, stansiyanın ərazisinə yığılmış böyük miqdarda yararsız su sayğaclarının bir hissəsi yanıb. Yanğın qısa müddət ərzində Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti əməkdaşları tərəfindən söndürülüb, məsələ FHN-in mütəxəssisləri tərəfindən araşdırılacaq.

Oxşar Xəbərlər