“Azərxalça”nın məhsulları Bakı aeroportunda satışa çıxarılıb

İyn15,2021

Azərbaycana təyyarə ilə səyahət edənlər vətənlərinə geri dönəndə xalça alıb-aparmaq imkanı qazanıb.

Bu barədə “QİA.az”a “Azərxalça” ASC-dən bildirilib.

Məlumata görə, bu gündən Heydər Əliyev Beynəlxalq Aeroportunda fəaliyyət göstərən rüsumsuz ticarət mağazalarında (“Duty free”) səhmdar cəmiyyətinin satış nöqtəsi fəaliyyətə başlayıb. Burada turistlər kiçik ölçülü suvenir xalçalarla yanaşı böyük ölçülü müxtəlif xalçaları da əldə edə biləcəklər.

“Dünya bazarında özünə məxsus yeri olan Azərbaycan xalçalarının ölkədə ən böyük istehsalçısı olan “Azərxalça” yaxın zamanlarda müxtəlif məkanlarda çox saylı satış nöqtələrini açmaqla yanaşı tarixdə ilk dəfə özünün ilk və ən böyük mağazasının – “showroom”un təqdimatını edəcək”, – deyə şirkət bəyan edib.

Oxşar Xəbərlər