Azad edilmiş ərazilərin kənd təsərrüfatı potensialından istifadə üçün ardıcıl işlər görülür – Nazir

Sen24,2021

İşğaldan azad edilmiş ərazilərin kənd təsərrüfatı potensialından səmərəli istifadə istiqamətində ardıcıl işlər görülür.

Bunu kənd təsərrüfatı naziri İnam Kərimov “Nizami Gəncəvi İli”nə həsr olunmuş “Post COVID -19 və 4-cü sənaye inqilabı perspektivlərində təhsilin dizaynı” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.

O bildirib ki, azad edilmiş ərazilərdə “ağıllı kənd” və “ağıllı şəhər” prinsiplərinə əsasən ciddi infrastruktur quruculuğu və smart konsepsiyasına cavab verən yenidənqurma işləri aparılır:

“”Ağıllı kənd” konsepsiyası 4-cü sənaye inqilabının nailiyyətləri əsasında yaradıldığı üçün yenidənqurma işlərinin əhəmiyyətini daha da artırır və kənd təsərrüfatının gələcək inkişafında hansı istiqamətlərin əsas götürülməsində mayak rolu oynayır.

Yeni texnoloji nailiyyətlərin tətbiqini isə yalnız peşəkar, müasir yanaşmalar əsasında təhsil almış, yeniliklərə sürətlə adaptasiya edə bilən, yeni bilik və bacarıqların əldə olunması üçün çalışan möhkəm kadr bazası ilə həyata keçirmək mümkün olacaq”.

Oxşar Xəbərlər