Azad olunan ərazilərdə daha 100 mina aşkarlanıb

mina

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumatı təqdim edib.

ANAMA-dan “QİA.az”a verilən məlumata görə, aprelin 19-dən 24-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan əməliyyat-axtarış tədbirləri zamanı piyada əleyhinə 82, tank əleyhinə 18 mina və 79 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Nəticədə 90,8 hektardan çox ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Oxşar Xəbərlər