Azad olunan ərazilərdə hərbi qulluqçularla keçirilən tədbirlər davam edir

İyn 8, 2021

2021-ci ilin fəaliyyət planına uyğun olaraq Azərbaycan Ordusunun hərbi qulluqçularının mənəvi-psixoloji vəziyyətinə müsbət təsir göstərmək, şəxsi heyətin ruh yüksəkliyini, döyüş əzmini artırmaq və asudə vaxtlarının səmərəli təşkili məqsədilə azad olunmuş ərazilərimizdə dislokasiya olunan bölmələrin şəxsi heyəti üçün keçirilən tədbirlər davam edir.

Bu barədə “QİA.az”a Müdafiə Nazirliyindən məlumat verilib.

Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin səyyar təşviqat qruplarının Kəlbəcər rayonu ərazisində təşkil etdiyi tədbirlər zamanı müxtəlif yarışlar, oyunlar və viktorinalar keçirilib. Yarışlarda qalib olan əsgərlərə mükafatlar təqdim edilib.

“Əsgərə məktub” layihəsi çərçivəsində hərbi qulluqçulara çatdırılan məktublar onların böyük marağına səbəb olub. Hərbi qulluqçular məktub müəlliflərinə minnətdarlıqlarını bildiriblər.

Tədbirlərdə şəxsi heyətə maraqlı musiqi nömrələri təqdim olunub.

Oxşar Xəbərlər