“Tikintisi davam edən Füzuli Beynəlxalq Hava Limanının uçuş-enmə zolağının uzunluğu 3 000 metr, eni isə 45 metrdir”.
“QİA.AZ” xəbər verir ki, bunu “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) vitse-prezidenti Etibar Hüseynov deyib.
O, həmçinin aerportun ərazisində avtomobil dayanacağının da tikildiyini qeyd edib: “Hava limanının perron sahəsi 60 min kvadrat metrdir, müxtəlif növ təyyarələrin dayanacağı olacaq. Yönəldici yolun sahəsi 6 500 kvadrat metrdir. Aeroporta giriş yolu 5 000 kvadrat metr olacaq. Aerovağzalın önündə isə 120 avtomobil üçün dayanacaq olacaq. Uçuş enmə zolağında hazırda minalardan təmizləmə prosesləri gedir”.