Saat 07:22-də Bakıdan Naxçıvana uçuş edən “Azərbaycan Hava Yolları”na məxsus “Airbus A319” təyyarəsinin kapitanı Bakı hava limanına qayıdaraq eniş etməyi xahiş edib.
“Azərbaycan Hava Yolları” QSC-dən “QİA.AZ“a verilən məlumata görə, təyyarənin plandankənar enməsinə texniki nasazlıq (kondisioner sistemində problem) səbəb olub.
Təyyarə Bakı vaxtı ilə saat 08:01-də Heydər Əliyev Beynəlxalq Aeroportunda uğurlu eniş edib.
Hava gəmisinin göyərtəsində 122 sərnişin olub. Onlar Naxçıvan şəhərinə digər təyyarə ilə göndəriləcək.