“Qazaxıstanın Aktau şəhəri yaxınlığında baş verən təyyarə qəzası nəticəsində xəsarət alan şəxslərdən ümumilikdə 6 nəfərin (2 kişi, 4 qadın cinsli) müalicəsi “Yeni Klinika”da davam etdirilir”.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən məlumat verilib.
Bildirilib ki, 2024-cü il dekabrın 30-da stabil ağır vəziyyətdə tibb müəssisəsinin Reanimasiya şöbəsinə daxil olan şəxs kliniki və hemodinamik göstəriciləri stabilləşdikdən sonra stasionar şöbəyə köçürülüb:
“Sol baldırın, sağ körpücük sümüklərinin, sağ əlin 2 daraq sümüklərinin sınıqları diaqnozu ilə həkim-travmatoloq Elşən Nəcəfov tərəfindən üzərində baldır sümüklərinin osteosintez (sınıqlar zamanı sümüklərin anatomik quruluşunun bərpası) əməliyyatı icra olunan xəstənin hazırda vəziyyəti kafi olaraq qiymətləndirilir”.
“Travmatik koma vəziyyətində daxil olan xəstələrin