Dahi şair və böyük mütəfəkkir Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə 2021-ci il Prezident cənab İlham Əliyevin sərəncamına əsasən “Nizami Gəncəvi İli” elan edilib. Ölkənin lider mobil operatoru “Azercell Telekom” MMC də bu istiqamətdə təşəbbüslə çıxış edərək maraqlı bir layihə gerçəkləşdirib. Şirkət dünya ədəbiyyatının ən görkəmli klassiklərindən biri olan Nizami Gəncəvinin yaradıcılığına həsr olunmuş xüsusi əlifba dizayn edib. Nizami yaradıcılığını əks etdirən əlifba dahi şairin zəngin irsinin öyrənilməsinə və təbliğinə xidmət edir.
“QİA.AZ” şirkətə istinadən xəbər verir ki, maraqlı üslubda hazırlanmış əlifbanın hərfləri dahi Nizaminin “Xəmsə”sinə daxil olan poemaların qəhrəmanlarını, bu əsərlərdəki məşhur obrazları və şairin həyatında xüsusi rolu olmuş insanları əks etdirir. Məsələn, “A” hərfi şairin ilk həyat yoldaşı, qıpçaq gözəli Afaqı, “B” hərfi “Yeddi gözəl” poemasındakı Sasani hökmdarı Bəhramı, “F” hərfi isə məşhur Fitnəni, “İ” hərfi qüdrətli sərkərdə İskəndəri tərənnüm edir. Hərflərin hər biri adları çəkilən obrazlara uyğun miniatürlərlə bəzədilib.
Qeyd edək ki, Nizami irsini əks etdirən əlifbadan istifadə edərək xüsusi dizayn olunmuş bu hərflərdən müxtəlif sözlər ərsəyə gətirib sosial şəbəkələrdə paylaşmaq mümkündür. Bunun üçün sadəcə https://www.nizami880.az/saytına daxil olmaq kifayət edir. Əlifbanın hərflərini, həmçinin WhatsApp, Telegram, Facebook, Instagram kimi sosial şəbəkələrin “gif” bölməsində “Nizami880” və ya “Azercell” açar sözlərinin köməyilə, Telegram tətbiqinin “stiker” bölməsində isə https://t.me/addstickers/azercell linki vasitəsilə əldə etmək olar.
“Azercell Telekom” MMC “Nizami ili” boyunca məşhur klassikə həsr edilmiş müxtəlif təşəbbüslərlə çıxış edib. Şirkətin sosial şəbəkə hesablarında mütəmadi olaraq Nizami Gəncəvinin şeirlərindən parçalar və nəsihətamiz kəlamları paylaşılıb, şairin yaradıcılığını əks etdirən müsabiqələr keçirilib.
Bu yaxınlarda isə “Azercell” ilə əməkdaşlıq çərçivəsində “TikTok”da geniş izləyici kütləsi olan @alex.ivanchak Rubik kubları vasitəsilə dahi mütəfəkkirin möhtəşəm portretini yaradıb. Portretin yaradılmasında 400 kubdan istifadə edilib.
“Nizami ili” ilə bağlı yeniliklər və xəbərlər bununla bitmir. “Azercell” abunəçiləri üçün gələcəkdə müxtəlif hədiyyəli müsabiqələr və kampaniyalar hazırlamaqda davam edir. Odur ki, sosial şəbəkələrdə ölkənin lider mobil operatorunun səhifələrini izləyin.
Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz
Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi “Azercell Telekom” MMC 1996-cı ildə təsis edilib. Hazırda 5 milyon abunəçi “Azercell”i seçir. Bazar payı 49 %, ölkə ərazisi üzrə əhatə dairəsi: 94 %, ölkə əhalisi üzrə əhatə dairəsi: 98,7 % təşkil edir. “Azercell” ölkədə və MDB məkanında beynəlxalq “İnvestors İn People” İnsana Sərmayə Platin Sertifikatına layiq görülən yeganə şirkətdir. Eyni zamanda Beynəlxalq Biznes STEVIE Mükafatlarının “İlin kommunikasiya şirkəti” nominasiyası üzrə ən yüksək pillədə qərarlaşaraq Qızıl Stevie mükafatı alan ölkənin yeganə şirkətidir.
Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz “Azercell” gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, 24/7 Telefon Mərkəzi (*1111), 7/7 Ön Masa xidmətləri, “Azercell Ekspres” ofisləri, M2M, 4G , mobil və onlayn müştəri xidmətləri, sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s. Mobil operator “Bakutel 2019” sərgisi çərçivəsində Azərbaycanda ilk dəfə pilot rejimdə 5G texnologiyasının sınaqlarını keçirib.
“Azercell”in sürətlə böyüyən 4G şəbəkəsi Bakı və Abşeron da daxil olmaqla, ölkənin 60-a yaxın bölgəsini əhatə edir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, “Azercell”in 4G şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirib.