“AzerGold” məhsul ixracını 22 faiz artırıb

Okt1,2021

2021-ci ilin yanvar-avqust aylarında “AzerGold” QSC məhsul ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 22 faiz artırıb.

QİA.AZ bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”na istinadən məlumat verir.

Hesabat dövründə “AzerGold” 87,1 milyon dollar məbləğində məhsul ixrac edib ki, bu 2020-ci ilin yanvar-avqust ayları ilə müqayisədə 19,2 milyon dollar çoxdur.

Qeyd edək ki, 2020-ci il ərzində “AzerGold”un gəlirləri 73,505 milyon dollar təşkil edib. Ötən il şirkət qızıl hasilatını 8,7 faiz, gümüş hasilatı 17,6 faiz artırıb.

Oxşar Xəbərlər