“AzeriCard” və “Visa” yeni mobil platforma hazırlayır

Yan28,2021

“AzeriCard” prosessinq mərkəzi istehlakçılar üçün yeni mobil tətbiq hazırlayır.

QİA.AZ-ın məlumatına görə, bu barədə “AzeriCard” MMC-nin baş direktoru Fərid Quliyev “Fintex Summit Online” tədbirində deyib.

Onun sözlərinə görə, yeni tətbiq özündə “AzeriCard”ın xidmət göstərdiyi bütün bankların xidmətlərini birləşdirəcək və müştərilərin bank xidmətlərindən istifadəsini sadələşdirəcək.

F.Quliyev əlavə edib ki, layihə “Visa” beynəlxalq ödəniş sistemi ilə birgə reallaşdırılır.

Oxşar Xəbərlər