AZƏRTAC-ın fotomüxbiri beynəlxalq fotomüsabiqədə qızıl medala layiq görülüb

AZƏRTAC-ın fotomüxbiri İlqar Cəfərov Nepalda keçirilən “Unique Snaps – 2024” Beynəlxalq Fotomüsabiqəsində FIAP-ın (Beynəlxalq Fotoqrafiya Sənəti Federasiyasının) qızıl medalına layiq görülüb.

QİA.az xəbər verir ki, bu fotomüsabiqədə dünyanın müxtəlif ölkələrindən 115 fotoqraf iştirak edib. 

FIAP-ın qızıl medalına (FİAP GOLD MEDAL) fotomüxbirin çəkdiyi “Emotions of a weightlifter” fotosu layiq görülüb. Müəllifin digər bir fotosu isə “Unusual leap M” münsiflər heyətinin seçiminə layiq görülüb (JURY CHOICE). Hər iki foto 2016-cı ildə Braziliyada keçirilən Olimpiya və Paralimpiya oyunlarında çəkilib. 

Qeyd edək ki, 2024-cü ilin uğurlarına (62 beynəlxalq mükafat) və əldə etdiyi nəticələrə görə, İlqar Cəfərov dekabrın 3-də Beynəlxalq Fotoqrafiya Sənəti Federasiyasının “Excellence FIAP Diamond 1” fəxri adına layiq görülüb.

Oxşar Xəbərlər