Teymur Əhmədov adına “AzNar” QSC-nin səhmdarlarının bu günə təyin edilmiş, lakin təxirə salınmış növbəti ümumi yığıncağı dekabrın 21-də, saat 14:00-da keçiriləcək.
“QİA.AZ” xəbər verir ki, yığıncaq səhmdar cəmiyyətinin yerləşdiyi Göyçay şəhəri, Natavan küçəsi, 120 ünvanında olacaq.
Yığıncağın gündəliyinə şirkətin 2019-cu il üzrə maliyyə hesabatının təsdiq edilməsi, səhmdarlara dividend ödənilməsi, nizamnamə kapitalının nəzərdən keçirilməsi, bankdan kredit cəlb edilməsi, Direktorlar Şurasının, icra orqanının tərkibinə yenidən baxılması, cəmiyyətin nizamnaməsinin yeni redaksiyasının müzakirə olunması məsələləri daxildir.
Xatırladaq ki, “AzNar”2006-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 30 milyon manatdan bir qədər çoxdur. Müəssisənin əsas səhmdarı Azərbaycan əsilli Rusiyalı iş adamı Fərhad Əhmədovdur.