AZPROMO ilə WAIPA arasında əməkdaşlıq genişləndirilir

İnvestisiyanın Təşviqi Agentliklərinin Dünya Assosiasiyasının (WAIPA) üzv qurumlarla görüşü keçirilib.

Bu barədə “QİA.AZ”a Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) məlumat verilib.

Bildirilir ki, tədbirdə investisiyaların cəlb edilməsi, növbəti il üçün nəzərdə tutulan planlar, WAIPA çərçivəsində nəzərdə tutulan tədbirlər və s. məsələlərlə bağlı müzakirələr aparılıb.

AZPROMO-nun rəhbəri vəzifələrini icra edən Yusif Abdullayev Fondun fəaliyyəti barədə çıxış edib, AZPROMO ilə WAIPA arasında əlaqələrin mövcud vəziyyəti və əməkdaşlığın genişləndirilməsi perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, İnvestisiyanın Təşviqi Agentliklərinin Dünya Assosiasiyası (WAIPA) 1995-ci ildə təsis olunub. AZPROMO 2010-cu ildən WAIPA-nın üzvdür və hazırda Mərkəzi Asiya üzrə bölgə direktoru statusuna malikdir.

Oxşar Xəbərlər