Regionlarda vətəndaşların telekommunikasiya xidmətlərinə olan tələbatını təmin etmək məqsədilə növbəti layihə Zaqatala rayonunda icra olunub. Nəqliyyat, Rabitəvə Yüksək Texnologiyalar Nazirliyinin “Aztelekom” Məhdud MəsuliyyətliCəmiyyəti Zaqatalada əhatə dairəsini genişləndirib. Məqsəd əhali, müəssisə vətəşkilatlara göstərilən telekommunikasiya xidmətlərinin keyfiyyətininartırılmasıdır.Qeyd edək ki, Zaqatalada mərkəzi xətt şəbəkəsi təmir edilərək müasir tələblərsəviyyəsinə çatdırılıb, kabel-kanal sistemi texniki normalara gətirilib, köhnədirəklər bərpa edilib, sıradan çıxmış dirəklər isə yeniləri ilə əvəz olunub. Eyni zamanda, əhalinin telefon və internet tələbatını ödəmək məqsədilə Uzunqazmalar,Danaçı, Aşağı Tala, Gözbarax, Lahıc kəndlərində texniki işlər aparılmaqla rabitə avadanlıqlarının tutumu artırılıb.Rayonun Suvagil kəndində əhali sayının artması və yeni yaşayış evlərinin tikilməsinəticəsində kəndin ərazisi kifayət qədər genişlənib. Kənd əhalisinin çoxsaylı müraciətlərini nəzərə alaraq, “Aztelekom” tərəfindən 384 ailənin mənzilinə vəəraziyə telekommunikasiya xidmətlərindən istifadə etmək üçün müasir avadanlıqquraşdırılıb. Sakinlərin genişzolaqlı xidmətlərə qoşulması təmin edilib.Son bir ildə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Aztelekom”MMC tərəfindən həlli vacib bir sıra işlər görülüb, mərhələli şəkildə infrastrukturlayihələri həyata keçirilib. Nəticədə rayonlar üzrə rabitə şəbəkəsiningenişləndirilməsi işləri aparılıb, həm magistral, həm də paylayıcı şəbəkələr müasirləşdirilib. Şəbəkə infrastrukturunun yenidən qurulması ilə yanaşı,regionlarda paralel olaraq indiyədək telefonlaşmayan, çətin coğrafi zonalarda yerləşən ərazilərdə də yeni elektron ATS-lər qurulub