“Aztelekom”un baş direktoru vəzifəsindən azad edilib

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Aztelekom” MMC-nin baş direktoru Suat Paşayev vəzifəsindən azad edilib.

“QİA.az” xəbər verir ki, bu barədə nazir Rəşad Nəbiyev əmr imzalayıb.

Əmrə əsasən, S.Paşayev bu həftədən vəzifəsinin icrasını dayandırıb. Hələlik onun yerinə təyinat yoxdur.

Xatırladaq ki, S.Paşayev bir müddət öncə koronavirusa yoluxub və hazırda müalicəsini evdə davam etdirir.

Oxşar Xəbərlər