“Azərbaycan Televiziya və Radio Verlişləri” QSC (AzTV) 2019-cu il üzrə konsolidə edilmiş maliyyə hesabatlarının auditi üçün kotirovka sorğusu elan edib.
“QIA.AZ” xəbər verir ki, sorğuda iştirak etmək istəyənlər təkliflərini noyabrın 19-u, saat 17:00-a qədər şirkətin inzibati binasının yerləşdiyi Bakı şəhəri, Yasamal rayonu, Mehdi Hüseyn küçəsi, 1 ünvanına təqdim edə bilərlər.
İddiaçılar eyni zamanda (012) 537-02-00 telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər.
Təkliflərə noyabrın 20-də baxılacaq.