AzTv və “Azərtac”ın əməkdaşları minaya düşərək həlak olub

İyn4,2021

Azərbaycan Televiziyasının operatoru 1989-cu il təvəllüdlü Sirac Abışov və “Azərtac”ın əməkdaşı Məhərrəm İbrahimov (Əlioğlu) Kəlbəcər rayonunda xidməti vəzifələrini yerinə yetirərkən minaya düşərək həlak olublar.

QİA.AZ-ın məlumatına görə, bu barədə AzTv-dən bildirilib.

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC adından hər iki həmkarımızın ailəsinə dərin hüznlə başsağlığı verir, onlara Allahdan rəhmət diləyirik!” – deyə məlumatda qeyd olunub.

Oxşar Xəbərlər