BƏƏ iki yeni astronavtın adını açıqladı

Apr10,2021

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) iki yeni astronavtın adını açıqlayıb. Onlardan biri qadın olacaq.

QİA.AZ TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin baş naziri Məhəmməd bin Rəşid əl Məktum tvitterdə bildirib.

Onun sözlərinə görə, yeni astronavtlar Məhəmməd əl Mulla və Nura əl Mətruş olacaq. Onlar 4 min namizəd arasından seçilib və tezliklə ABŞ-ın Milli Aerokosmik və Kosmos Administrasiyasının (NASA) astronavt hazırlığı proqramına qatılacaqlar. Əl Mətruş ərəb dünyasında ilk qadın astronavt olacaq.

Oxşar Xəbərlər