Bəkir Şahin Gəncədə şəhid müstəntiqin büstünü ziyarət edib

İyn2,2021

Gəncədə səfərdə olan Türkiyə Ali Məhkəməsinin Baş prokuroru Bəkir Şahin, Azərbaycanın Baş prokuroru Kamran Əliyev və digər rəsmi şəxslər Vətən müharibəsində şəhid olan müstəntiq Yüksəl Əlizadənin büstünü ziyarət ediblər.

“QİA.az”ın məlumatına görə, nümayəndə heyəti Gəncə şəhər prokurorluğun müstəntiqi Yüksəl Əlizadənin prokurorluğun binasının girişində ucaldılan büstünü ziyarət ediblər, şəhidin ruhuna dualar oxunub.

B.Şahin şəhidin xatirə dəftərinə ürək sözlərini yazıb.

Nümayəndə heyəti Gəncə şəhər prokurorluğunun inzibati binasında yaradılan şəraitlə də tanış olub.

Qeyd edək ki, hazırda iki ölkənin baş prokurorları arasında görüş keçirilir.

Oxşar Xəbərlər