Bələdiyyə sədrinin meyitinin tapılması ilə bağlı rəsmi açıqlama

Bələdiyyə sədrinin meyitinin tapılması ilə bağlı rəsmi açıqlama

“Bəzi kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə İsmayıllı rayonu İvanovka kəndi ərazisində Göyçay rayonu, Bəydövül kənd Bələdiyyəsinin sədri, 1987-ci il təvəllüdlü Yusifov Ramil Ramiz oğlunun meyitinin aşkar edilməsi barədə məlumatlar yayılıb”.

QİA.AZ xəbər verir: “Bununla bağlı bildiririk ki, yanvarın 6-ı saat 14 radələrində Ramil Yusifovun meyitinin İvanovka kəndi ərazisində aşkar edilməsi barədə İsmayıllı rayon Prokurorluğuna məlumat daxil olub. Cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib və zəruri olan digər prosessual hərəkətlər yerinə yetirilib.

Hazırda ölümün səbəbinin müəyyən edilməsi və hadisənin təfərrüatlarının aydınlaşdırılması məqsədi ilə İsmayıllı Rayon Prokurorluğunda araşdırma aparılır. Nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir”, prokurorluqdan bildirilib.

Oxşar Xəbərlər