Bərbərxana və gözəllik salonlarına giriş COVID-19 pasportu ilə olacaq

​​​​​Azərbaycanda ölkə üzrə bərbərxana və gözəllik salonlarına giriş COVID-19 pasportu ilə olacaq.

QİA.AZ” xəbər verir ki, bu, Nazirlər Kabinetinin “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərarında etdiyi dəyişiklikdə öz əksini tapıb.

Belə ki, ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimində 2021-ci il 1 sentyabr tarixindən etibarən yaşı 18-dən yuxarı olan şəxslər bərbərxana və gözəllik salonlarına daxil olan zaman yalnız tam peyvənd olunması və ya COVID-19-a qarşı immunitet sertifikatının olması tələb ediləcək.

Oxşar Xəbərlər