İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergilər Xidməti “Bərdə Olimpiya İdman Kompleksi” MMC-ni dövlət qeydiyyatına alıb.
“QİA.az” Nazirliyə istinadən xəbər verir ki, yeni şirkətin hüquqi ünvanı Bərdə şəhəri, Bakı küçəsi, 71, nizamnamə kapitalı 2 149 250 manat, qanuni təmsilçisi isə Qabil Məmməd oğlu Məmmədovdur.