Bərdədə Azərbaycan Ordusunun Qarabağ zəfəri qeyd olunur

Noy10,2020
Bərdədə Azərbaycan Ordusunun Qarabağ zəfəri qeyd olunur

Bərdə şəhərində sakinlər Qarabağ müharibəsində qazanılan qələbəni qeyd edirlər.

Bu barədə “QİA.AZ”ın cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı xəbər verir.

Gecə saatlarından başlayaraq əllərində üç rəngli bayrağımızla küçələrə çıxan insanlar qələbəni böyük sevgi və coşqu hissi ilə qarşılayıblar.

Hazırda da küçə və prospektlərə çıxan sakinlərin zəfər aksiyaları davam edir. Yürüş iştirakçıları “Qarabağ Azərbaycandır”, “Qarabağ bizimdir, bizim olacaq”, “Ordumuza eşq olsun”, “Qələbə bizimdir” şüarları səsləndirirlər.

Qeyd edək ki, Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda əks-hücum əməliyyatı ilə başladığı və bu gün Ermənistanın təslim olması ilə nəticələnən bəyanatın rəsmi şəkildə elan edilməsindən sonra ölkənin şəhər və rayonlarında vətəndaşlar küçələrə çıxaraq bu tarixi günü qeyd edirlər.

Oxşar Xəbərlər