Bərdədə xilasedicilər mənzildən kişi meyiti tapdılar

Bərdə şəhərində mənzildən 66 yaşlı kişinin meyiti tapılıb.

QİA.az “Report”-a istinadən xəbər verir ki, hadisə Sərvan Şükürov küçəsində qeydə alınıb.

Hadisə yerinə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin Xüsusi Xilasetmə Hissəsinin xilasediciləri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1958-ci il təvəllüdlü Vidadi Həsən oğlu Əliyevin meyitini aidiyyəti üzrə təhvil veriblər.

Faktla bağlı araşdırma aparılır.

Oxşar Xəbərlər