Bərdəyə raket atılması nəticəsində 4 nəfər ölüb, yaralıların sayı 13-ə çatıb

Okt28,2020
Rusiya televiziyasında Ermənistanın Bərdəyə hücumları göstərildi

Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə rayonu ərazisinə raket atılması nəticəsində yaralananların sayı 13 nəfərə çatıb.

Bu barədə QİA.AZ xəbər verir.

Raket atəşi nəticəsində ölənlərin sayı isə 4 nəfərdir.17:53

Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə rayonu ərazisinə raket atılması nəticəsində ölənlərin sayı 4-ə çatıb.

Bu barədə QİA.AZ xəbər verir.

Ölənlər Ofelya Cəfərova, Ehtiram İsmayılov, Aybəniz Əhmədova və İsgəndərova Aysu Rövşən qızıdır.17:33

Oktyabrın 27-si saat 16:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə rayonu ərazisinə raket atılması nəticəsində mülki şəxslərin ölməsi ilə yanaşı, bir neçə kənd sakini də ağır yaralanıb.

Bu barədə QİA.AZ xəbər verir.

Ölənlərin sayı 3 nəfərdir, 10 nəfər xəsarət alıb.

Yaralılar xəstəxanaya aparılıb. Onların arasında azyaşlılar da var.17:06

Oktyabrın 27-si saat 16:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə rayonu ərazisinə raket atılıb.

Bu barədə QİA.AZ xəbər verir.

Raketin Qarayüsifli kəndi ərazisinə düşməsi nəticəsində 2 mülki şəxs həlak olub, yaralılar var.

Oxşar Xəbərlər