Suriya prezidenti Bəşər Əsəd ölkədə amnistiya haqqında fərman imzalayıb.
“QİA.az” RİA Novosti-yə istinadən bildirir ki, bu barədə Suriya dövlət başçısının köməkçisi məlumat yayıb.
Fərmana görə, amnistiya ölkədə 2021–ci il mayın 2-dək törədilən cinayətlərə şamil edilir. Sənəddə hüquqpozmalara, hərbi xidmətdən yayınmaya və digər cinayətlərə dair cəzadan tam azadetməni nəzərdə tutur.
Lakin silah və partlayıcı maddə qaçaqmalçılığına, casusluğa və dövlətə xəyanətə görə mühakimə olunanlar amnistiyanın təsir dairəsinə düşmür.