Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov Çin Xalq Respublikasının Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfiri xanım Guo Minlə görüşüb.
“QİA.AZ” xəbər verir ki,görüşdə iki ölkə arasında dostluq və siyasi,iqtisadi əməkdaşlıq münasibətlərinin inkişafı,Naxçıvan Muxtar Respublikası ilə bir çox sahədə,eləcə də,təhsil,səhiyyə,mədəniyyət,maşınqayırma sənayesi,kənd təsərrüfatı və s.əlaqələrin yüksəldilməsi,yeni iqtisadi layihələr,rəsmi səfərlər,qarşıda duran vəzifələr və digər maraqlı mövzular ətrafında səmimi müzakirələr aparılıb.